Təmraz Tağıyev: "Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz xalqa xidmətdən keçir"
"Bu gün hər bir bələdiyyə maliyyə imkanları
çərçivəsində seçicilərinin qarşılaşdığı problemlərin həllinə həssaslıqla
yanaşmalı, qaldırdığı məsələləri isə
diqqət mərkəzində saxlamalıdır"- bu fikirləri Belediyye.infoya
Nərimanov bələdiyyəsinn sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə görə, bələdiyyənin hər ay baş
tutan iclaslarında müzakirəyə əsasən sakinlərin qaldırdığı məsələlər çıxarılır
və hər dəfə müsbət qərar verilir.
Bu günlərdə rayonun Kaveroçkin küçəsində 600 kv.metrlik
əraziyə asfaltın salınması, habelə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkövnik-leytenant
Zaur Nudrəliyevin yaşadığı G.Qədirbəyova küçəsi 63 ünvanındakı binada təmir işlərinin aparılması da bu qəbildən
olan məsələlərdəndir. Belə ki, binanın giriş qapılarının yeniləriylə əvəzlənməsi, habelə
blokun təmir edilməsi, giriş qapılarına təhlükəsizlik açarlarının quraşdırlması
görülən işlər sırasındadır.
Nərimanov bələdiyyəsi ilin sonunadək bu kimi
layihələrin icrasını davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy